Haqqımızda

Rayda Touroperator şirkəti fəaliyyətə başladığı 2010-cu ildən bu günə kimi qarşısına müştərilərinin tam məmnuniyyətinin qarşılanmasını məqsəd qoyub və bu məqsədə yüksək səviyyəli xidmət göstərməklə nail olmaqdadır. Biz günün 24 saatı, həftənin 7 və ilin 365 günü dayanmadan fəaliyyət rejimimizlə hər bir müştəriyə fərdi yanaşaraq onlara mükəmməl səyahət planlaşdırmaq üçün kömək göstərməyə hazırıq. IATA tərəfindən sertifikatlaşdırılımış şirkət olaraq müştərilərimizi dünyanın istənilən nöqtəsinə göndərir və onlara yaddaqalan səyahət vəd edirik.

Ən əsası odur ki, insanların səyahət etmək arzusu tükənməzdir. Yeni şeylər öyrənmək həvəsi sonsuzdur. Başqa mədəniyyətlərlə tanışlıq, bir-birinə açıqlıq və canlı ünsiyyət, güclü təəssüratlar, unudulmaz rəng, dad, ətir duyğuları və emosiyalar seli – müştərilərin istənilən arzusunu nəzərə alan “Rayda Touroperator” bütün bunları təqdim etməyə hazırdır.

Bizimlə əlaqəli bəzi faktlar:

Kompaniyanın yaradılması - 2010 

ERayda Touroperator 27 Mart 2015-ci il tarixindən etibarən IATA Akkreditə olunmuş agent kimi fəaliyyət göstərir.

Dünyanın bütün hava yolları ilə BSP əməliyyatları həyata keçirir.

2016-cı ildə Rusiyada və Qazaxıstanda fəaliyyət göstərən ofislərin beynəlxalq genişləndirilməsinə başlanılıb.

Azərbaycanda ofislər - 2

Aktiv korporativ müştərilər portfeli - 100+

Subagent portfeli - 40+

Bizimlə əməkdaşlıq etməyin üstünlükləri!

Müştərilərə yönəldilmiş siyasət - bizi biznesin hər tərəfində çevik edir.

Professional komanda - Bizim komanda yüksək səviyyəli təhsil və beynəlxalq sertifikatlaşdırma, eləcə də turizm sənayesinin geniş təcrübəsi olan yüksək ixtisaslı mütəxəssisləri bir araya gətirir.

Güclü tərəfdaşlıq münasibətləri və aktiv dəstək - İş ortağının məhsul axtarışı və seçimində texniki məsləhət, spesifikasiyaların hazırlanması, tender sənədlərinin dəstəklənməsi bizə bazarda yüksək hesablarla işləmək imkanı verir.

Sabit maliyyə vəziyyəti - tərəfdaşlarımızın bəzi əsas layihələrini və sifarişlərini maliyyələşdirməyə imkan verir.

Yaradıcı marketinq şöbəsi - biznesin inkişafına böyük töhfə verir.

Etibarlı tərəfdaşlıq anlayışı - biz həmişə müştərilərimizin və tərəfdaşlarımızın qarşısında öhdəliklərimizi yerinə yetiririk, inam yaratmalı və onlara qayğı göstəririk.

Beynəlxalq təcrübə - biz MDB ölkələrindəki, Avropa və Yaxın Şərqdəki müştərilərimizə və tərəfdaşlarımıza yüksək xidmət göstəririk.