Görməli yerlər

Zəngin tarixi, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Əl dəyməmiş təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan – naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanın ərazisindədir. Ölkəmizin iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycana ekoloji turların təşkili çox geniş yayılmışdır, bunlara təbii qoruqlara gedilməsi, trekkinq və alpinist marşrutları daxildir. Günorta çağı qum çimərlikləri dayvinq üçün çox əlverişlidir, dənizdə çimmək mövsümü mayda başlanır. Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəkdir.

Paytaxt

Azərbaycanın paytaxtı – 2 milyondan artıq əhalisi olan Bakı şəhəri Abşeron yarımadasının cənub-qərbində, Xəzər dənizinin sahilində yerləşir. Arxeoloqların fikrinə görə, Bakının tarixi iki min ildən az deyildir. Ən qədim dövrlərdən burada dəniz limanı olmuşdur, şəhər isə karvan yollarının kəsişməsində yerləşmişdir, həmçinin buradan Böyük İpək yolu keçmişdir. Şirvanşahların hakimiyyəti dövründə Bakı məşhur Şirvanın paytaxtı olmuşdur. XIX əsrdə o, Qafqazda ən iri şəhər, sənaye və mədəni mərkəz idi. 1991-ci ildən Bakı – müstəqil Azərbaycanın paytaxtıdır. Bu gün Azərbaycanın paytaxtında eyni zamanda bir neçə irimiqyaslı şəhərsalma layihəsi həyata keçirilir. Onların arasında FlameTowers kompleksi, Heydər Əliyev adına mərkəz, SOCAR Tower, “Port Baku” və “Ağ şəhər” kompleksləri, Olimpiya stadionu, Güləş üzrə Respublika mərkəzi və başqaları var. Bakı, həmçinin, özünün sərgi və konsert zalları, bədii qalereyaları, tetrları, muzeyləri, idman kompleksləri, beynəlxalq otellərin şəbəkəsi ilə, gözəl restoranları və əlbəttə ki, ilin beş ayında gündə qaralmaq və çimmək imkanı olan çimərlikləri ilə məşhurdur. Bakıda bir çox istedadlı memarlar, həmçinin başqa ölkələrdən dəvət olunmuşlar işləmişlər. Onların sayəsində, həmçinin xeyli proqressiv sifarişçilərin sayəsində şəhər gözəl binalarla bəzənmişdir, onlardan çoxu hal-hazırda memarlıq nümunələri hesab olunur. Hal-hazırda sənətşünaslar tamamilə təkrarsız olan xüsusi “Bakı tərzi” haqqında danışırlar.

Azərbaycanın yaşıl kitabı

Azərbaycan qədər müxtəlif təbiətə malik olan ölkə tapmaq çətindir. Hətta xəritəyə ötəri nəzər saldıqda məlum olur ki, Xəzərin qərb sahilindən Cənubi Qafqaza qədər, cənubdakı Qafqaz dağlarından şimaldakı Böyük Qafqazın dağlıq hissələrinə qədər təbiət nə qədər bir-birindən fərqlənir. Azərbaycanda ölkənin cənubunda subtropik iqlimin zəngin florası buzlaqlarla, sıx meşələr və dağ şəlalələri qızmar çöllərlə həmsərhəddir. Burada Lənkəran rayonunda sitrus və çay plantasiyaları Şirvanın düzənlik otlaqları ilə, onlar isə - yalnız erkən yazda yaşıllıq və güllərlə bəzənən Abşeronun günəşdən yanmış əraziləri ilə əvəz olunur. Xəzərin on kilometrlərlə uzanan, meşələr və qayalıqlarla haşiyələnmiş sonsuz qumlu çimərlikləri xüsusilə gözəldir. Ölkənin relyefi də müxtəlifdir. Mərkəzi hissədə düzənlik olan sahələr, Azərbaycanın sərhədlərinə doğru yüksək dağlara keçir, bununla da sürahi əmələ gətirir, onun boğazından axan, ölkəni bürümüş saysız çaylar Xəzər dənizinə axıb tökülür.

Ekstremallar üçün ərazi

Kəskin döngələri olan sürətli dağ çayları raftinq və kayakinq yarışlarının keçirilməsi üçün əla yerdir. Relyef xüsusiyyətləri dağ yollarını ciplə və hər yerdə gedən maşınlarla ram etmək istəyənlər üçün çox yaxşı uyğun gəlir. Offroadinq – və ya başqa cür desək, yolsuzluq şəraitində maşın sürmək – Azərbaycanda çox məşhur idman növüdür. Həmin şeyi alpinizm və deltaplanerizm haqqında da demək olar – müvafiq idman növlərinin federasiyalarında ekstim sevənlər üçün xüsusi marşrutlar işlənib hazırlanmışdır. Son dövrlərdə isə Azərbaycan dayvinqi sürətlə inkişaf edir, həm də suya dalmalar batmış gəmiləri axtarmaq və balıq ovu etmək üçün dənizdə, həm də yüksək dağlıq ərazilərdə - gözəl şəffaf göllərdə keçirilir.

Müalicəvi neft

Bütün dünyada məşhur olan Naftalan kurortu soyuqdəymə əleyhinə, ağrıkəsici və damargenişləndirici təsirə malik olan müalicəvi nefti ilə tannmışdır. Tərkibində kükürdlü-azot birləşmələri, gözəl qoxulu karbohidrogen və naften turşuları olan bu neftin heyrətamiz xüsusiyyətləri haqqında hələ qədim dövrlərdən məlumdur. 1896-cı ildən başlayaraq, dəri xəstəliklərini, uroloji xəstəlikləri müalicə etmə üçün, travmalardansonrakı ağırlaşmaları və hərəkət-dayaq aparatının digər patalogiyalarının müalicəsi üçün naftalan vannalarından və xəstə yerlərə sürtmək üsulundan tibbdə istifadə etməyə başlayıblar.

Daşlar üzərində tarix

Azərbaycanın unikal təbiəti ilə görüş və fəal istirahət, bir qayda olaraq, bu torpaqlarda məskunlaşan xalqların tarixini qoruyub saxlayan görməli yerlərlə tanışlıq ilə müşayiət olunur. Belə ki, Abşeron Milli Parkında olaraq, qədim qalaları və qoruyucu qüllələri, 216 tarixi-memarlıq abidəsinin olduğu Qala kənd-muzeyini nəzərdən keçirmək olar, həmçinin Bakıya ekskursiya etmək olar.

Milli parklar

Azərbaycanda olmaq və onun milli parklarına baş çəkməmək – ciddi səhvdir, bu səhvi bu gün turistlərdən az adam edər. İqlim zonalarının heyrətamiz toplusu ilə fərqlənən bu geniş regionun unikal təbiəti, nadir bitkilərin və heyvanların, quşların müşahidəsi həqiqətən də unudulmaz təəssüratlar bəxş edir. Bu baxımdan, ölkəyə yalnız bu və ya digər dağı və ya çölü görmək üçün gəlmək heç də vacib deyildir. Azərbaycanın milli parklarının şəbəkəsi o qədər o qədər genişdir ki, hətta işgüzar səfər edərkən də, yaxınlıqdakı təbiət oazisinə baş çəkmək üçün vaxt tapmaq çətin deyil.

Dağlar ölkəsi

Azərbaycanın ərazisinin yarıdan çoxunu dağlar əhatə edir. Təcrübəli yol bələdçilərinin qoyduğu yol marşrutları heyrətamiz gözəlliyə malik mənzərələri görməyə, qoruq yerlərində olmağa imkan verir. Nisbətən yaxın vaxtlarda digər ölkələrin alpinistləri Azərbaycanın potensialını aşkar etmişlər. Lakin burada dağlara qalxmaq istəyənlərin sayı əminliklə artmaqdadır. Həm də indi Azərbaycanın dağlıq rayonlarına yalnız idmançılar deyil, həm də adi turistlər gəlirlər, onlar sivilizasiyanın toxunmadığı təbiəti görmək, bu yerlərin heyrətamiz gözəllikləri ilə, yerli əhalinin məişəti və ənənələri ilə tanış olmaq, müalicəvi təmiz havadan udmaq istəyirlər. O da az vacib deyil ki, ölkədə yaxşı yollar, komfortabelli mehmanxanalar və turist bazaları kimi əla infrastruktur yaradılmışdır.

Dağ xizəyi kurortu

Yeni dağ xizəyi kurortu müalicəvi havası, rəngarəng bitkiləri, zəngin heyvanat aləmi və heyrətamiz gözəl mənzərələri ilə şəşhur olan Şahdağ milli parkında yerləşir. Turistik kompleksin əsas hissəsi bütün işlərin tamamlanmasından sonra, hər gün 10 min insanı qəbul etmək imkanına malik olacaqdır, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə salınmışdır. Lakin kanat yolu ilə daha da yüksəkliyə 2300 metrə qədər qalxmaq olar, orada dağ xizəyi trası öz başlanğıcını götürür. Kompleksin ümumi sahəsi 2 min hektardan çox ərazini əhatə edir.

Turistik zonalar və məşhur otellər haqqında əlavə məlumatı, həmçinin Azərbaycan haqqında aktual yenilikləri Siz həmişə www.azerbaijan.az portalında tapa bilərsiniz.