Viza

Rayda Travel Agency sizə turistik elektron viza (E-visa) xidməti təklif edir. E-visa onlayn, səfirliyə baş çəkmədən tərtib olunur. Viza onlayn sistem vasitəsilə rəsmiləşir. Elektron vizanın təsdiq edilməsi 5 iş günü ərzində mümkün olur. Təsdiq edildikdən sonra viza elektron poçt vasitəsi ilə turistə göndərilir və Azərbaycana giriş üçün turist sadəcə bu sənədi çap edərək onu sərhəddə göstərir. Bu viza 1 ay ərzində etibarlıdır və Azərbaycanın bütün sərhəd məntəqələrində təqdim oluna bilər. (Aeroport, D\Y, Dəniz vağzalı və s.). Vizanın qiyməti 40 USD təşkil edir.

Elektron vizanın alınması üçün aşağıda göstərilən sənədlər lazımdır:

1. Pasportun rəngli skan edilmiş surəti

2. 3x4 rəngli fotoşəkilin skan edilmiş surəti

3. Qonaq tərəfindən doldurulmuş anket forması

4. Otel rezervasiyasının təsdiq məktubu

5. Aviabilet və ya rezervasiyanın təsdiqi (Əgər siz Azərbaycana gəliş-gedişi başqa üsullarla edirsinizsə, zəhmət olmasa səyahət vasitəsinin növünü bizə bildirin.)

Rayda Travel Agency sizə həmçinin biznes vizalarının alınması üçün dəvət məktublarının əldə edilməsi xidmətini də təşkil edir. Bunun üçün lazım olan sənədlər aşağıdakılardır:

1. Pasportun skan edilmiş surəti

2. Dəvət edən təşkilatın rəsmi məktubu