Korporativ Turizm

Beynəlxalq təcrübə onu göstərir ki, korporativ xidmətlər üzrə peşakar agentliklə əməkdaşlıq etmək şirkətin biznes səyahət xərclərini 20% azaldır.

Bu effekt agentliyin əməkdaşlarının yüksək səviyyəli mütəxəssis olması ilə, büdcə xərclərinə lazımı qaydada nəzarət edilməsi ilə və korporativ səyahətin optimal siyasətinin seçilməsi ilə əldə edilir. İşguzar səyahətlər şirkətin büdcəsinin əhəmiyyətli bir qisimini aldığı üçün, Rayda Travel Agency ilə əməkdaşlıq qarşılıqlı və faydalıdır.

Müştərilərə xidmətlərin göstərilməsi korporativ müqavilə əsasında həyata keçirilir.

Rayda Travel Agency-nin Korporativ xidmətlər standartları bunlardır:

  • Fərdi yanaşma: hər müştəri-şirkətə xüsusi mütəxəssis qrupu cavabdeh olur və bu qrup işguzar səyahət xidmətlər kompleksinə aid hər şeyə nəzarət edir ( bilet satışı mütəxəssisləri, otel bronu və viza dəstəyi ilə məşğul olan aqentlər);
  • 24 saat Təcili Dəstək Xidməti. Bu xidmət Rayda Travel Agency müştərilərinə sutka ərzində istənilən məlumatı əldə etmək və yaranan problemləri dərhal aradan qaldırmaq imkanını verir.
  • Müştərilər üçün eksklüziv şəraitin yaradılması üçün aviaşirkət və mehmanxana ilə üçtərəfli müqavilə bağlanılır;
  • Turizm sahəsi ilə bağlı istənilən məlumat ödənişsiz tədqim edilir;
  • Tərəfdaş şirkətlər üçün aqentliyin xüsusi təklifləri haqqında mütəmadi olaraq məlumat verilir;
  • Müştərinin iş yerinə sənədlər təcili sürətdə və ödənişsiz çatdırılır;
  • Müştəri üçün rahat formatda səyahət statistikası təmin edilir;
  • Ödəniş etmək üçün kredit xətti təmin edilir.