AZAL Moskvanın daha bir hava limanına uçuşlar yerinə yetirəcək

AZAL Moskvanın daha bir hava limanına uçuşlar yerinə yetirəcək


35      23.11.2021

card image

19 noyabr 2021-ci il, Bakı – “Azərbaycan Hava Yolları” milli aviadaşıyıcısı dekabrın 1-dən etibarən Moskvanın “Vnukovo” (VKO) hava limanına xüsusi reyslər yerinə yetirməyə başlayacaq.

Həmin tarixdən həmçinin “Domodedovo” (DME) hava limanına reyslərin sayı artır. Hər iki hava limanına reyslər hər gün həyata keçiriləcək. Beləliklə, Bakıdan Rusiyanın paytaxtına reyslərin ümumi sayı həftədə 14 reysə çatdırılacaq.

Daşımaya yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Rusiyaya səfər edən bütün xarici vətəndaşlar “COVID-19 olmadan səyahət edirik” mobil əlavəsini smartfonlarına yükləməli və PCR-testinin nəticəsini həmin mobil əlavəyə daxil etməlidirlər.

COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Oxşar məlumatlar
card image
Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında - FOTOLAR

31.08.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Me...

Ətraflı
card image
“MICE Turizmi” azad edilmiş ərazilərə investisiya cəlbi üçün yeni imkanlar açır

12.10.2021

Dövlət Turizm Agentliyi (DTA) Azərbaycanda xüsusən də azad edil...

Ətraflı
card image
Azərbaycanla bu ölkə arasında VİZA tələbi ləğv edildi

14.10.2021

11 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Belqra...

Ətraflı