“AZAL” Əl-Küveyt şəhərinə uçuşlar yerinə yetirməyə başlayıb

“AZAL” Əl-Küveyt şəhərinə uçuşlar yerinə yetirməyə başlayıb


40      23.11.2021

card image

16 noyabr 2021-ci il, Bakı – “Azərbaycan Hava Yolları” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportundan Küveytin paytaxtı Əl-Küveyt şəhərinə və geriyə xüsusi reyslər yerinə yetirməyə başlayıb.

Bakı – Əl-Küveyt – Bakı marşrutu üzrə birbaşa reyslərin 15 dekabr tarixindən həyata keçirilməsi nəzərdə tutulur. Reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri Airbus A319 hava gəmisində yerinə yetiriləcəkdir.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən epidemioloji məhdudiyyətlər şəraitində uçuş  icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

 

Sərnişin Əl-Küveytdən Bakıya uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun  həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə  kömək edəcəkdir.

COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Oxşar məlumatlar
card image
“Expo 2020 Dubai

12.10.2021

Bu gündın "Expo 2020 Dubai" beynəlxalq sərgisi çər&...

Ətraflı
card image
Səfir Rodriqo Labardini: “Azərbaycan-Meksika turizm əlaqələri təşviq olunmalıdır”

12.10.2021

Azərbaycanın qabaqcıl turizm agentliklərinin nümayəndələri Meksik...

Ətraflı
card image
Türkiyə kurortlarında turizm mövsümünün vaxtı uzanır

25.09.2021

Türkiyənin sahil kurort bölgələrində turizm mövsüm&uu...

Ətraflı