“COVID-19” pandemiyası dövründə Küveytə griş qaydaları

“COVID-19” pandemiyası dövründə Küveytə griş qaydaları


652      07.05.2022

card image

  • Küveyt vətəndaşları

RT-PCR testinin (yaxma) mənfi nəticəsi, testin keçirildiyi tarixdən uçuş tarixinədək 72 saat ərzində qüvvədə olmalı və yerli hökumət tərəfindən akkreditə olunmuş laboratoriyada verilməlidir. Bu, 6 yaşdan kiçik uşaqlara şamil edilmir.

PCR-testinin mənfi nəticələri “Muna” sistemində akkreditə olunmuş laboratoriyada əldə edilməlidir - digər laboratoriyaların nəticələri nəzərə alınmamalıdır. “Muna” sistemində akkreditə olunmuş laboratoriyalarının siyahısı KM sərnişin platformasında mövcuddur.

  • Etibarlı pasportlara malik Körfəz ölkələrinin vətəndaşları

Vaksinlənmiş sərnişinlərin (peyvənd şərtlərinə uyğun olmalıdır) aşağıdakı tələblərə riayət olunmaqla girişə icazə verilir:

RT-PCR testinin (yaxma) mənfi nəticəsi, testin keçirildiyi tarixdən uçuş tarixinədək 72 saat ərzində qüvvədə olmalı və yerli hökumət tərəfindən akkreditə olunmuş laboratoriyada verilməlidir.

  1. Bu, 6 yaşdan kiçik uşaqlara şamil edilmir.
  2. Sərnişinlər “SHLONİK” tətbiqində qeydiyyatı başa çatdırmalıdırlar.
  3. Sərnişinlər KM platformasında qeydiyyatı uçuş nömrəsi və tarixinə uyğun olaraq tamamlamalıdırlar.
  4. Sərnişinlər 7 gün ərzində özünütəcrid şəraitində qalmalıdırlar. Sərnişinlər, Küveyt Dövlətində bir PCR testindən keçərək (öz hesabına), özünütəcrid müddətini vaxtından əvvəl tamamlaya bilərlər.
  • Etibarlı viza/ yaşama icazəsi olan Küveyt vətəndaşı olmayan vaksinlənmiş sərnişinlər:

İsrail vətəndaşlarının ölkəyə girişinə və tranzitə icazə verilmir.

Vaksinlənməmiş sərnişinlərin girişinə icazə verilmir.

Küveyt hava limanında gəliş zamanı viza verilməsi xidməti dayandırılıb.

Bu, VAKSİNLƏNMİŞ valideynləri ilə birlikdə səyahət edən 16 yaşına qədər olan yeniyetmələrə şamil edilmir.

Aşağıdakı tələbləri yerinə yetirməklə girişinə icazə verilir;

  1. RT-PCR testinin (yaxma) mənfi nəticəsi, testin keçirildiyi tarixdən uçuş tarixinədək 72 saat ərzində qüvvədə olmalı və yerli hökumət tərəfindən akkreditə olunmuş laboratoriyada verilməlidir. Bu, 6 yaşdan kiçik uşaqlara şamil edilmir.
  2. Sərnişinlər “SHLONİK” tətbiqində qeydiyyatı başa çatdırmalıdırlar.
  3. Sərnişinlər KM platformasında qeydiyyatı uçuş nömrəsi və tarixinə uyğun olaraq tamamlamalıdırlar.
  4. Sərnişinlər 7 gün ərzində özünütəcrid şəraitində qalmalıdırlar. Sərnişinlər, Küveyt Dövlətində bir PCR testindən keçərək (öz hesabına), özünütəcrid müddətini vaxtından əvvəl tamamlaya bilərlər.

Vaksinlənməmiş sərnişinlərin girişinə icazə verilmir.

Aşağıdakı sərnişinlərin girişinə icazə verilir:

  • Küveyt vətəndaşları
  • Küveyt vətəndaşlarının uşaqları, yoldaşları;
  • Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, aşağıdakı peyvəndlərlə vaksinləndiklərini təsdiq edən peyvənd sertifikatını təqdim etdikdə:
  1. AstraZeneca (Vaxzevria)
  2. Janssen
  3. Moderna
  4. Pfizer-BioNTec (Comirnaty) və onları müşayiət edən 16 yaşdan kiçik uşaqlar;

Üstəlik aşağıda sadalanan peyvəndlərin buster dozası:

  1. Sinopharm
  2. Sinovac
  3. Sputnik V

Sərnişinlər uçuşdan əvvəl 72 saat ərzində COVİD-19-a dair PCR-testin mənfi nəticəsini əldə etməlidirlər.

(Bu, 6 yaşdan kiçik sərnişinlərə şamil edilmir.)

  • Sərnişinlər tibbi müayinədən keçməlidirlər.
  • Sərnişinlər şəxsi cihazlarına “Shlonik” və “Kuwait-Mosafer” əlavələrini yükləməlidirlər.
  • Küveyt hava limanında gəliş zamanı viza verilməsi xidməti dayandırılıb.
  • Sərnişinlər yola düşməzdən əvvəl onlayn qeydiyyatdan keçməlidirlər https://kuwaitmosafer.gov.kw/home.html
  • Sərnişinlər gəlişdən sonra öz hesablarına 2 PCR-testdən keçməlidirlər. Uçuşdan əvvəl https://kuwaitmosafer.gov.kw/home.html ünvanında alınan ödənişin təsdiqinə təqdim etməlidirlər.
  • Sərnişinlər 7 günə qədər oteldə karantin və ya özünütəcrid şəraitində qala bilərlər.
  • Sərnişinlər uçuşdan əvvəl https://kuwaitmosafer.com/home.html ünvanında 7 günlük təsdiqlənmiş otel rezervasiyasını təqdim etməlidirlər.

(Bu, AstraZeneca (Vaxzervia), Janssen, Moderna və ya Pfizer-BioNTec (Comirnaty), plus Sinopharm, Sinovac və ya Sputnik V vaksinlərinin buster dozası peyvəndlərlə vaksinləndiklərini təsdiq edən peyvənd sertifikatını təqdim edən sərnişinlərə şamil edilmir).

  • Küveytdə verilmiş COVİD-19 vaksin pasportu olan sərnişinlər, “Immune”, “Kuwait Mobile ID” və ya “Kuwait-mosafer” tətbiqi vasitəsilə sertifikatı təqdim etməlidirlər.
  • Küveytdən kənarda verilmiş COVİD-19 vaksin sertifikatı olan sərnişinlər aşağıdakıları etməlidirlər:
  • - sertifikat üzərində QR-kod olmalıdır; və ya
  • - sərnişinlər sertifikatı https://vaxcert.moh.gov.kw/SPCMS/PH/CVD_19_Vaccine_External_Registration.aspx ünvanında yükləməlidirlər.

Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Uçuşunuzdan əvvəl ərazisindən yola düşdüyünüz və gəldiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına diqqət yetirməniz xahiş edilir.

Oxşar məlumatlar
card image
Səyahətə çıxanlar üçün 10 faydalı məsləhət

01.05.2022

Heç bir öhdəliyiniz olmadan dünyanı gəzmək haqda xəyal ...

Ətraflı
card image
COVID-19 pandemiyası zamanı Səudiyyə Ərəbistana səyahət qaydaları

05.05.2022

Səudiyyə Ərəbistanı vətəndaşları və Səudiyyə Ərəbistanı ərazi...

Ətraflı
card image
Səyahətə necə hazırlaşmalıyıq?

29.04.2022


Səyahətə çıxarkən hər kəsi düşündürən ...

Ətraflı