"Buta Airways" Azərbaycandan Qazaxıstana uçuşlar yerinə yetirməyə başlayır


1363      18.03.2022

card image

"Buta Airways" aşağıbüdcəli aviaşirkəti aprelin 5-dən etibarən Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm reyslərin yerinə yetirilməsinə başlayır.

Aviaşirkətdən verilən məlumata görə, uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Qazaxıstandan Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Oxşar məlumatlar
card image
Azərbaycan və Vyetnam turist axınına hazırlaşır

22.04.2022

Azərbaycan və Vyetnam arasında turizm sahəsində əməkdaşlıq ü&cc...

Ətraflı
card image
İspaniya üçüncü ölkə səyahətçiləri üçün COVID giriş məhdudiyyətlərini noyabrın 15-dək uzadıb

21.09.2022

İspaniya səlahiyyətliləri ölkənin Avropa İttifaqına daxil olmayan...

Ətraflı
card image
Azərbaycan dünya pasport reytinqində 75-ci yeri tutub

06.04.2022

Azərbaycan “Henley & Partners Visa Restrictions Index”d...

Ətraflı