1311 19.04.2022
Pandemiyanın son iki ilində Avstraliya sahillərinə ilk kruiz gəmisi yan alıb.
ABC telekanalı xəbər verir ki, Kipr adasından yola çıxan “Pacific Explorer” səyahət gəmisi Sidney limanında lövbər atıb. Gəminin göyərtəsində yalnız 250 nəfərlik ekipaj üzvü olub. Okean layneri mayın 31-də sərnişin götürərək Avstraliya limanını tərk etməlidir. “Pacific Explorer” 1998 sərnişinə xidmət etmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, 2020-ci ilin martında Sidney limanında dayanan “Ruby Princess” kruiz gəmisinin ölkə ərazisində koronavirusun yayılmasına səbəb olduğu barədə iddialardan sonra xarici ölkə gəmilərinin Avstraliyaya girişi qadağan edilib.
Aprelin 17-də qadağa aradan qaldırıldıqdan sonra kruiz kompaniyaları işi canlandırmaq ümidi ilə işçilərinin sayını artırmağa başlayıb. Yeni qaydalara görə, okean laynerlərinin bütün ekipaj üzvləri və 12 yaşdan yuxarı sərnişinləri koronavirus əleyhinə iki doza peyvənd vurdurduğu barədə sənədlər, həmçinin mənfi test cavabları təqdim etməlidir.
Qeyd edək ki, 9News telekanalının məlumatına görə, pandemiyadan öncəki 2018-ci ildə 1,35 milyon avstraliyalı dəniz səyahətinə yollanmışdı.
22.08.2022
Tailandın hakimiyyət orqanları turizmdən gəlirləri artırmaq ü&cce...
21.09.2022
Sentyabrın 17-dən Hollandiya beynəlxalq səyahətçilər ü&cced...
08.06.2022
Türkiyənin ən böyük aviadaşıyıcısı olan Türk Hava ...