Mirvari ticarətinin mərkəzindən turizm cənnətinə çevrilmiş Doha

Mirvari ticarətinin mərkəzindən turizm cənnətinə çevrilmiş Doha


269      22.04.2022

card image

Adambaşına düşən illik gəlirinin 100 min dollardan çox olduğu ölkədə maraqlı festivallar keçirilir.

 

Mirvari ticarətinin mərkəzindən turizm cənnətinə çevrilmiş Dohaya baş çəkərək ərəb mədəniyyətini kəşf edə bilərsiniz. Əgər Qətərin paytaxtı və ən böyük şəhəri Dohaya səfər etməyi planlaşdırırsınızsa, əvvəlcədən sizin üçün hazırladığımız məqaləmizə nəzər salmağınızı tövsiyə edirik.

Dünyanın ən yüksək rifah səviyyəsinə malik ölkələrindən biri olan Qətərin paytaxtı Doha əzəmətli göydələnləri, incə şəhər mənzərəsi, lüks otelləri, Maldiv adalarını xatırladan çimərlikləri və multikultural sosial imkanları ilə regionun inkişaf edən turizm məkanıdır. Adambaşına düşən illik gəlirinin 100 min dollardan çox olduğu ölkədə varlılar çoxdur, ancaq yenə də lovğalıq yoxdur.

Paytaxt Doha adını ərəbcə "böyük, əzəmətli ağac" mənasını verən "Əd-Dəvha" sözündən almışdır. Doha körfəzin ən dinamik şəhəri kimi Dubayı kölgədə qoyur. Dohada tikilməkdə olan yeni metro sistemi və üfüqdə gözlənilən 2022 FIFA Dünya Kuboku bu inkişafın bir göstəricisidir.

Dohaya nə vaxt gedilir?

Dohaya son illər turist axını güclənib. Bəsrə körfəzinin sahilində yerləşməsi və zəngin tarixi bura gələnləri valeh edir. Bu şəhər yay aylarında çox istidir və temperatur 45 dərəcəni belə aşa bilər.

Ən yaxşı gəzməli vaxtlar mart-may dönəmindədir. Qış dövründə istilik 7 dərəcədən aşağı düşmür. Lüks otelləri ilə göz qamaşdırır, yox əgər gəzməyə üstünlük versəniz mütləq hostellər və pansionatları seçməlisiniz.

İctimai nəqliyyat

Doha əhalisi dünyanın ən zəngin xalqları sırasında olsa da burada ictimai nəqliyyat geniş yayılıb. Gold Souq-da yer alan avtobus dayanacağından şəhərin hər yerinə kondinsionerli avtobuslar işləyir. Amma şəhərdə ən çox istifadə eilən nəqliyyat vasitəsi taksilərdir, minimum 10 Riyal ödəmək lazım gələcək. Xüsusi lümizin taksilər və ailələrə xidmət edən qadın sürücüsü olan taksilər də var. Yox əgər cibinizə qənaət edirsinizsə, hava limanının çıxışından cəmi 10-25 dəqiqəyə metro və ya avtobusla da şəhərin mərkəzinə getmək olar.

Dohada gəzməli yerlər

Göydələnlərin qarşısında qövs kimi uzanan Korniş adlanan sahil xətti, orijinal atmosferi ilə Souq Waqif bazarı, zümrüd dənizi ilə Taylandı xatırladan Banan adası və İslam mədəniyyətinin ən zəngin məkanı olan İslam İncəsənət Muzeyi buradadır. Yeraltı sərvətlərini yerin üstündə daşımağı bacaran şəhərin ən gözəl nöqtələrindən bir neçəsini təqdim edirik. 

İslam İncəsənəti Muzeyi

2008-ci ildə fəaliyyətə başlayan muzey Leoh Ming Peş tərəfindən dizayn edilib. Olduqca müasir dizayna malik İslam Sənəti Əsərləri ilə Muzeydə 7-19-cu əsrlərə aid İslam əsərlərinə rast gəlmək mümkündür. Çoxlu müxtəlif İslam əşyalarının qorunduğu muzeydə; Əlyazma Quran, Kəbənin örtüyü, Kəbənin açarı kimi bir çox qiymətli xəzinələri görmək mümkündür. Muzeydə Osmanlı dövründən qalan sultan fərmanlarına da rast gəlmək mümkündür. İslam İncəsənəti Muzeyi çərşənbə axşamı istisna olmaqla, hər gün ziyarətçiləri qəbul edir. Dohada ziyarət edilməli yerlər arasında ən çox ziyarət edilən yer İslam İncəsənəti Muzeyidir.

Souq Waqif

Bu, demək olar ki, açıq bir ticarət mərkəzidir, yan-yana çoxlu mağazalar var. Souq Waqif xüsusi geyimlər, zinət əşyaları və ənənəvi yeməklərin satıldığı yerdir. Qeyri-adi milli dizaynı ilə seçilən Souq Waqif ziyarətçilər üçün vizual bir ziyafətdir. Souq Waqifdəki restoranlar Dohada yeyə biləcəyiniz ən ləzzətli yeməklərin hazırlandığı yerlərdir. Yerli yeməklərin dadına baxmaq imkanı olmaqla yanaşı, dünya mətbəxindən bir çox məhsula rast gəlmək mümkündür. Souq Waqif həftənin hər günü 07.30-12.30 və 15.30-22.00 arası ziyarətçilərə və alış-verişə açıqdır. Doha turizm bölgələri arasında ən çox seçilən yerdir.

Anima Qalereyası

İnci adasının sərhədləri daxilində yerləşən Anima Qalereyası 570 metrlik ərazidə qurulmuş sənət təhsili mərkəzidir. Bir çox ruhlandırıcı əsərin nümayiş olunduğu Anima Qalereyası çoxsaylı kolleksiyalara ev sahibliyi edir. Anima Qalereyası cümə və şənbə günləri açıqdır. Hər gün saat 10:00-dan 19:00-a qədər ziyarətçiləri qəbul edir.

İnci adası

Neftdən əvvəl Qətərin ən mühüm gəlir mənbəyi olan mirvari bu adanın tikintisində mühüm yer tutur. İnci Adası Qətərdə yaşayan zəngin insanların ən çox seçdiyi rayon kimi tanınır. İnci adasında 18 831 yaşayış yeri var. Venesiyadan ilham alaraq inşa edilən Mirvari adasını qandolalarla ziyarət etmək mümkündür. Dohanın görməli yerləri arasında İnci adası ən önəmli yerdir.

Mathaf: Ərəb Müasir İncəsənət Muzeyi

2010-cu ildə tikintisi başa çatan və açılışı olan muzeydə dünyanın ən böyük sənət kolleksiyası nümayiş etdirilir. Muzeydə 9000-dən çox eksponat var. Müasir incəsənət sərgiləri olan muzey bəzən tədbirlər təşkil edir. Turistlərin ən çox seçdiyi muzey cümə günü istisna olmaqla hər gün saat 09.00-19.00 arası açıqdır. Ziyarətçilər Doha səyahət bələdçisi ilə ziyarət edilməli olan muzeyə cümə günləri saat 13.30-dan sonra qəbul edilir.

Qətər Milli Muzeyi

2018-ci ildə açılan muzey memar Jan Nouvel tərəfindən səhra gülündən ilhamlanaraq tikilib. Muzeyə baxanda gül kimi görünür. Muzeydə sərgilənən eksponatlar arasında arxeoloji tapıntılar, ənənəvi geyimlər və zərgərlik məmulatları var. Çoxlu turist cəlb edən Qətər Milli Muzeyini ziyarət etmək mütləq lazımdır. 

Souq Waqif İncəsənət Mərkəzi

Müasir mədəniyyət və ənənəvi ərəb mədəniyyətinin birgə istifadə olunduğu mərkəzdə bir çox rəssamların əsərləri sərgilənir. Souq Waqif İncəsənət Mərkəzində şəhərin aparıcı rəssamlarının əsərlərini ziyarət etmək mümkündür. Ziyarətçilər həftə sonları istisna olmaqla bütün günlərdə qəbul edilir.

Camel Pen

Dohadakı Camel Pen yalnız dəvələrin olduğu zooparkdır. Dəvələrlə şəkil çəkdirmək və dəvə gəzintisinə çıxmaq üçün çox uyğun olan Camel Pen həftənin hər günü açıqdır. Bu, Doha səyahətinə daxil edilməli bir yerdir.

The Corniche

Fars körfəzində Doha sahillərində uzun gəzintilər etmək və körfəzin bənzərsiz mənzərəsini seyr etmək istəyən turistlərin tez-tez üstünlük verdiyi yerlərdən biridir. Corniche-də gəzərək ətrafdakı istirahət yerlərində, restoranlarda oturmaq mümkündür.

Aspire Parkı

Dohanın ən böyük parkı olan Aspire Parkda ailənizlə vaxt keçirmək olduqca əyləncəli olacaq. Süni gölün ətrafında uzun gəzintilər etmək, dincəlmək mümkündür. Uşaqlar üçün oyun meydançalarının olduğu parkdakı kafelərdə əyləşərək dincələ bilərsiniz. Böyük-kiçik hər kəsin ən çox seçdiyi Aspire Park-da gün boyu vaxt keçirmək mümkündür. Dohada görülməli yerlər siyahısında Aspire Park ailənizlə ən yaxşı vaxt keçirə biləcəyiniz yerlərdən biridir.

Doha zooparkı

Doha zooparkında hər cür heyvana rast gəlmək mümkündür. Xüsusilə gənc ziyarətçilərin üstünlük verdiyi zooparka fil, zürafə, zebra və antiloplara baxmaq üçün gedin. 4,2 hektar ərazidə yaradılmış zooparkda 1500-ə yaxın heyvanın yaşadığı məlumdur. Saat 08:00-dan 23:00-dək zooparka baş çəkmək mümkündür. Dünyanın bir çox müxtəlif ölkələrindən ziyarətçilər vəhşi heyvanları çox yaxından görmək üçün bura axın edir.

Bərzan qalası

Neftdən əvvəlki dövrdə mirvari ilə dolanan Dohada mirvari çıxaran dalğıcların müşahidəsi üçün 1910-cu ildə tikilib. Bərzan qülləsindəki müşahidəçilər uzaqlardan gələn gəmilər və dalğalar haqqında dalğıclara məlumat verirdilər.16 metr hündürlüyündəki Bərzan qülləsi artıq tamamlanmış bərpa işləri ilə ziyarətçiləri qəbul edir.

Göyərçin Qülləsi

Göyərçinlər üçün tikilmiş qüllədə göyərçinlərin daxil olması üçün minlərlə deşik var. Eyni zamanda, göyərçinlərin dincəlməsi üçün qüllədə çoxlu tutacaqlar var. Göyərçin qülləsində göyərçinlərin şəklini çəkmək və onlara yem vermək mümkündür.

İmam Məhəmməd bin Əbdülvahap məscidi

Çox müasir xətləri olan İmam Məhəmməd bin Abdulvahap məscidi xüsusilə müsəlman turistləri cəlb edir. 2006-cı ildə istifadəyə verilən məscid 175 min hektar ərazini əhatə edir. Bu, məsciddə eyni vaxtda 30 min nəfərin olmasına imkan verir. 90 günbəzi olan məscidin üçü əsas giriş olmaqla cəmi 20 girişi var. Kifayət qədər böyük olan məscidin minarəsinin uzunluğu 65 metrdir. 300 avtomobilin saxlanmasına imkan verən avtoparkı ilə ziyarətçilərə və ibadət edənlərə rahat dayanacaqda kömək edir.

Dohada nə yemək?

Qətər yeməkləri şərq mətbəxinin ən dadlı təamları sırasındadır. Bu yeməklər arasında yoqurtla servis edilən ədviyyatlı, ətli plov – machboos, ghuzi, qoyun, keçi dolması, kabsa plovu, balaleeti dada bilərsiniz. Tipik Qətər yeməyi xurma, halva, UmmAli kimi şirniyyatlarla tamamlanır. Burada İtalyan, Çin və Hind restoranlarını da tapa bilərsiniz. Dohanın “Qahva Helv” qəhvəsi fərqli dada malikdir və südlə servis edilir. İdam, Aqua Lounge, Cucina, Paul, Nonna Zanon, Shebestan kimi məşhur restoranları var və qeyd edim ki, burada servisə görə bəxşiş verilmir.

Dohada alış-veriş

Dohada milli valyuta – Riyaldır. 1 Riyal = 0,4531 Manat olduğunu nəzərə alın. Şəhərdə turistlərdən çox Doha sakinlərinin alış-veriş etdiyini görə bilərsiniz, çünki boş vaxtlarında alış-veriş etmək insanların aktiv əyləncələrindən biri halına gəlib. Vilaggio Mall, City Center Mall ən izdihamlı ticarət mərkəzləridir.

Qətərə uyğun milli mallar almaq istəyənlər isə Souq Waqifu (Köhnə bazar) seçirlər. Burada milli geyimlər, oriyental rəqs paltarları və parfümlər, işləmə metal divar şüşələri, toxuma parçalar, dəvə fiqurları, xüsusən də mirvarilər turistlər tərəfindən daha çox alınan hədiyyələr siyahısındadır. Qiymətli hədiyyələr axtarsanız, Mathaf-da və İslam Sənətləri Muzeyində tapa bilərsiniz.

Əyləncə və festivallar

Doha gecə həyatı çox bahalıdır. Spirtli içkilər qadağan olduğundan yalnız bəlli məkanlarda bunu özünüzə rəva görə bilərsiz. Məsələn, Ramada, W hotel, Grand Hyatt, Ritz Carlton kimi otel zəncirlərinin gecə klublarında istədyiniz qədər əyləncə var.

Dohada maraqlı festivallar da keçirilir. Yanvar-fevral aylarında Souq Waqif festivalı, tenis, qolf yarışları, martda mədəniyyət, uçurtma festivalları, apreldə isə dəvə yarışları keçirilir. Bundan başqa, milli idman günü, Ramazan, Qurban bayramları bu ölkədə çox təmtəraqla keçirilir, odur ki, hava nə qədər xoşdur, səyahət edin. 

Oxşar məlumatlar
card image
COVID-19 pandemiyası zamanı Səudiyyə Ərəbistana səyahət qaydaları

05.05.2022

Səudiyyə Ərəbistanı vətəndaşları və Səudiyyə Ərəbistanı ərazi...

Ətraflı
card image
İrana giriş qaydaları

11.05.2022

COVID-19 pandemiyası dövründə İrana səyahət

  1. ...

Ətraflı
card image
Tətildə yemək zəhərlənməsinin qarşısını almaq üçün tövsiyələr

29.04.2022

İlin bu vaxtında, xüsusən uzaq və ekzotik yerlərə xarici səyahət...

Ətraflı