1815 29.04.2022
Sizə İstanbula gəzməyə gedənlərin çoxunun nəzərindən qaçan amma baş çəkməyə dəyəcək balaca, şirin bir sahil qəsəbəsindən - Kanlıcadan danışım. Qəsəbəyə Levent metrosundan 121A avtobusuna minərək təxminən 25-30 dəqiqəyə gedə, geri isə sahil yolundan yenə də eyni avtobusla dönə bilərsiniz.
Anadolu yakasında yerləşən bu kiçik qəsəbə əsasən yoğurtu ilə məşhurdur ki, mənə görə qatıqdan heçbir fərqi olmayan bu qida sadecə şəkər pudrası ilə servis edilir. Qəsəbədə olan kiçik dənizkənarı restoranlardan ən tanınmışı "İsmail Aga Kahvesi"dir. Deyilənə görə bu məkan 1870-ci ildən fəaliyyət göstərir. Əgər mənim kimi gözünüzə gözəl gələn hər şeyin şəkilini çəkən deyilsinizsə, Kanlıcanı 1-2 saat ərzində ayaqla gəzə bilərsiniz. Buranı ziyarət etsəniz 26 ha sahəsi olan meşə massivi - "Mihrabad korusu"na da baş çəkməyi unutmayın.
04.05.2022
“Buta Airways” aviaşirkətinin reysləri ilə öz səyahətl...
05.05.2022
Səudiyyə Ərəbistanı vətəndaşları və Səudiyyə Ərəbistanı ərazi...