Azərbaycandan Rusiyaya necə getmək olar? - Mümkün variantlar


1270      19.05.2022

card image

​​Azərbaycan Hava Yolları və Buta Airways  mart ayının –dən etibarən Rusiyaya bütün uçuşları dayandırıblar. Hazırda Rusiya ilə Azərbaycan arasında hava əlaqəsini yalnız Rusiya aviaşirkətləri təmin edir. İki ölkə arasında quru sərhədlər hələ də bağlı olduğu üçün bütün güc elə hava yoluna düşür. Hazırda Rusiyanın Moskva, Mineralnıe Vodı, Surqut, Tümen, Soçi, Novosibirsk şəhərlərindən Azərbaycana birbaşa reyslər var. Həmişə olduğu kimi ən çox reyslər Moskva şəhərinin aeroportlarındandır. Beləliklə aviaşirkətləri və uçduqları istiqaməti əlavə edirik.

İraero:

  • Moskva (Domodedova)-Bakı-Moskva
  • Novosibirsk-Bakı-Novosibirsk
  • Moskva (Domodedova)-Lənkəran-Moskva

Utair:

  • Moskva (Vnukovo)-Bakı-Moskva
  • Tümen-Bakı-Tümen
  • Surqut-Bakı- Surqut
  • Moskva (Vnukovo)-Gəncə-Moskva
  • Moskva (Vnukovo)-Naxçıvan-Moskva

Azimuth Airlines:

  • Mineralnıe Vodı-Bakı- Mineralnıe Vodı
  • Soçi-Bakı-Soçi

Rossiya Hava Yolları:

  • Moskva (Şeremetyevo)-Bakı-Moskva

May ayı üçün Bakı-Moskva marşrutu ilə ən ucuz bileti 627 manata Utair təklif edir. Bu bilet mayın sonu üçün nəzərdə tutulub. Daha yaxın tarixlərdə Moskvaya getmək istəsəniz 1500 manata kimi xərcləməli olacaqsınız. Biletlərin belə baha olmağına səbəb tələbatın həcminə uyğun təklifin verilməməsidir. Nəticədə qiymətlər azı 5-6 dəfə qalxıb. Birbaşa uçuşlara alternativ kimi Belavia ilə Minsk üzərindən, THY ilə isə İstanbul üzərindən uça bilərsiniz. Bu zaman da qiymətlər 450 dollardan başlayacaq.

Oxşar məlumatlar
card image
Almaniya oktyabr ayından təyyarələrdə maskaları bərpa edəcək

29.08.2022

Alman səlahiyyətliləri, ölkənin oktyabr ayında COVID-19-dan qorunma...

Ətraflı
card image
Qətər 2022-ci il dünya çempionatı zamanı yalnız azarkeşlər üçün açıq olacaq

10.11.2022

Qətər noyabrın 3-də turistlər üçün əvvəllər tətbiq ...

Ətraflı
card image
Azərbaycan Henley&Partners Pasport İndeksində mövqelərini bir qədər pisləşdirib - LİDERLƏRİN SİYAHISI

21.07.2022

19 iyul 2022-ci ildə Henley & Partners şirkəti Beynəlxalq Hava Nəqli...

Ətraflı