25 20.06.2022
Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi bu ölkənin iki aviaşirkətinə Azərbaycanın şəhərlərinə uçuşlar həyata keçirməyə icazələr verib.
Rusiya mətbuatı yazır ki, Rusiyanın “Azimut” şirkəti Moskvadan Lənkəran və Qəbələyə uçuşlar həyata keçirməyə planlaşdırır.
Bundan başqa, bu aviaşirkət Mineralnıye Vodı şəhərindən Gəncəyə uçuşlar həyata keçirə bilər.
Məlumatda deyilir ki, həmçinin, Rusiyanın “İrAero” aviaşirkəti Novosibirskdən, Yekaterinburqdan və Kazandan Bakıya müntəzəm avireyslər həyata keçirəcək.
Aviareyslərin nə zamandan və həftədə neçə dəfə ediləcəyi barədə hələlik heç bir məlumat verilməyib.
Xatırladaq ki, “Azimut” hazırda Rusiyanın Mineralnıye Vodı, Həştərxan və Soçi şəhərlərindən Bakıya uçuşlar həyata keçirir.
“İrAero” şirkəti isə həftədə iki dəfə Moskva şəhərindən Füzuli Beynəlxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirir. Həmçinin, “IrAero” aviaşirkəti mayın 20-dən Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar yerinə yetirməyə başlayıb.
25.10.2021
“SSRİ dövründə Qarabağ istirahət və müalicə turizm...
11.05.2022
Azərbaycana daha bir neçə ölkə vətəndaşının uçuşu...
01.05.2022
Hər il yayda olduğu kimi, qış aylarında da Azərbaycanda turizm sektoru ...