Xəzər dənizində beynəlxalq kruiz marşrutu gələn il açıla bilər


1038      18.07.2022

card image

Qazaxıstan-Türkmənistan-İran-Azərbaycan-Rusiya kimi ölkələr arasında dairəvi kruiz marşrutu gələn ildən istifadəyə verilə bilər.

“Kazinform”un məlumat;na görə, bunu Qazaxıstanın Sənaye Nazirliyinin Nəqliyyat Komitəsinin sədri vəzifəsini icra edən Kasım Tlepov bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi ilə həmsərhəd olan beş ölkə kruiz turizmini inkişaf etdirmək üçün müvafiq işlər görür və əsas məsələləri həll edir: “Məsələn, biz Aktau şəhərinin necə dəyişdiyini görürük. Sahil abadlaşdırılıb, otellər tikilib. Mangistau vilayəti, Aktau şəhəri turizmin inkişafında böyük potensiala malikdir”.

K. Tlepov bildirib ki, hazırda onların gözləntisi kruiz gəmisinin hazır olmasıdır: “Bu gəmini Rusiya tərəfi Həştərxanda tikir. Gəmi "Velikaya Rus" adlanacaq. Düşünürük ki, gələn il gəmi tam hazır olacaq”.

O, planlaşdırılan kruiz gəmisinin hansı marşrutla hərəkət edəcəyi barədə də məlumatla bölüşüb. "Həştərxandan Aktauya, Aktaudan Türkmənistanın "Avaza" turizm mərkəzinə, oradan İranın Əmirabad şəhərinə, Əmirabaddan Bakıya və Mahaçqalaya marşrutlar açılacaq. Beləliklə, gələcəkdə beş ölkə ərazisindən bütün dünyanı dolaşan turizm marşrutu fəaliyyət göstərəcək”, - deyə K. Tlepov bildirib.

Qeyd edək ki, transsərhəd kruiz marşrutunun potensial turist axını mövsümdə 30 min nəfər təşkil edəcəyi gözlənilir.

Oxşar məlumatlar
card image
"Pegasus" Bakıdan Türkiyəyə yeni resylər açır

22.08.2022

Sentyabrın 3-dən etibarən Pegasus Airlines Bakıdan İstanbula u&cced...

Ətraflı
card image
AZAL Berlinə uçuşları bərpa edir

13.04.2022

AZAL 29 may tarixindən etibarən Bakı ilə Berlin arasında uçuşlar...

Ətraflı
card image
Laçın aeroportu 2025-ci ildə istifadəyə veriləcək

07.10.2022

“Biz bütün gücümüzü və potensialımızı...

Ətraflı