Qapalı məkanlarda tibbi maskaların taxılmasını təkidlə tövsiyə edirik - BİRGƏ MƏLUMAT


1058      18.07.2022

card image

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb.

Turizmplus.az xəbər verir ki, yayımlanan məlumatda ölkə vətəndaşlarına qapalı məkanlarda tibbi maskaların taxılması təkidlə tövsiyə olunub. Birgə məlumatın mətnini oxucularımıza çatdırırıq:

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artmaqdadır.

ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir.

Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.

Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.

Qeyd edək ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər.

Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik".

Oxşar məlumatlar
card image
Səhiyyə naziri: “Pandemiyanın sona çatdığı elan oluna bilər”

12.05.2022

“COVID peyvəndlərinin mövsümi peyvənd kimi istifadə edilm...

Ətraflı
card image
Türk Hava Yollarından Şarm əl-Şeyxə həftədə 20 reys

11.01.2023

Türk Hava Yolları Türkiyə vətəndaşlarına viza tətbiq etməy�...

Ətraflı
card image
Səudiyyə Ərəbistanı vizası olanlar ümrə ziyarəti edə biləcək - YENİ QƏRAR

17.08.2022

Səudiyyə Ərəbistanı turizm və ziyarət məqsədi ilə gələnlərin &ou...

Ətraflı