Azərbaycanda qapalı məkanlarda maska taxmaq tövsiyyə olundu


1107      21.07.2022

card image

"Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur".

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artmaqdadır: "ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir. Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir".

Bildirilib ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır: "Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər. Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik".

"Negative dynamics related to the spread of the COVID-19 infection have also been observed in Azerbaijan in recent days. An increase in the number of infected people and a preponderance of infected persons over those who have recovered are observed."

"Report" informs that this was stated in the information released jointly by the Ministry of Health, the State Agency for Compulsory Medical Insurance and the Union of Management of Medical Territorial Units.

It is noted that, according to the World Health Organization (WHO), the number of cases of infection with the coronavirus (COVID-19) has been increasing globally over the past week: "The WHO recommends using masks in closed spaces and following hygiene rules against the background of the high increase observed in the world. The health institutions of our country strongly advise our citizens to wear medical masks in closed spaces, maintain social distance, reduce contact, and follow respiratory hygiene rules.

It was reported that the process is carefully monitored and controlled by health institutions: "During the pandemic, a lot of experience has been gained in eliminating negative dynamics. In any case, adequate decisions can be made according to the situation. Once again, our citizens are strongly advised to use medical masks in closed spaces and observe hygiene rules. we recommend".

Oxşar məlumatlar
card image
Türkiyədə turizm mövsümü noyabrın 15-dək uzadılır

22.08.2022

Türkiyənin Bodrum kurort şəhəri (Muğla vilayəti) turizm mövs&...

Ətraflı
card image
AZAL təyyarə parkına 4 yeni “Boeing 787 Dreamliner” daxil edəcək

21.07.2022

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti öz hava gə...

Ətraflı
card image
"Buta Airways" Azərbaycandan Qazaxıstana uçuşlar yerinə yetirməyə başlayır

18.03.2022

"Buta Airways" aşağıbüdcəli aviaşirkəti aprelin 5-dən e...

Ətraflı