1556 25.07.2022
Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni müasir "Boeing 787-8 Dreamliner" avialayneri ilə genişləndirəcək.
Bu barədə memorandumun imzalanması zamanı AZAL prezidenti Cahangir Əsgərov aviaşirkətin hava gəmiləri parkına uzaqməsafəli yeni təyyarələrin daxil edilməsinin “Azərbaycan Hava Yolları”nın dünyada iştirak coğrafiyasını daha da genişləndirəcəyinə dair fikirlər ifadə edib.
"Rayda Travel" şirkətinin təsisçisi Adil Əliyev Turizmplus.az saytına açıqlamasında hazırda Amerika, Çin, Kanada və Böyük Britaniya istiqamətlərinə Azərbaycandan böyük tələb olduğunu qeyd edib.
"Əlbəttə bu istiqamətlərə böyük tələbi nəzərə alanda uçuşlarda "Dreamliner"lərin istifadəsi daha məqbul görünür. Hazırda bir neçə aviaşirkət bu istiqamətlərə uçuşlar həyata keçirsə də tələb çox olduğundan qiymətlər də bahadır. Fikrimcə, yeni uzaqməsafəli təyyarələrin alınması da bu səbəblə bağlıdır. Yaxın gələcəkdə yeni təyyarələrlə uçuşlar başlayarsa sərnişindaşımada rəqabətə davamlı qiymətlər olacaq həm də Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunacaq", deyə - Adil Əliyev bildirib.
17.11.2022
Tayland 2023-cü il yanvarın 1-dən yeni tibbi viza tətbiq etməyi plan...
18.07.2022
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta ü...
14.04.2022
Azərbaycana giriş üçün COVID-19-a dair PCR testini təqdim...