1031 25.07.2022
“Azərbaycan Hava Yolları” aviaşirkəti avqustun 9-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Hindistanın Yeni Dehli şəhəri marşrutu üzrə bilet satışına başlayıb.
Turizmplus.az xəbər verir ki, cədvələ əsasən, uçuşların tezliyi həftədə iki dəfə təşkil edəcək: Bakıdan uçuşlar çərşənbə axşamı və cümə günləri, Yeni Dehli şəhərindən isə çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Qeyd edək ki, AZAL Bakı-Yeni Dehli-Bakı marşrutu üzrə uçuş proqramını “Zeal Global Group” şirkəti ilə birgə həyata keçirir.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalar daxildir.
Həmin reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
18.07.2022
Heathrow Hava Limanının (LHR) keçən həftə bu yay sərnişin sayı...
25.07.2022
İyulun 21-də "Wizz Air" lou-kosteri Abu-Dabidən Maldiv adaların...
22.08.2022
Macarıstanın “Wizz Air” aşağı büdcəli aviaşirkəti so...