959 17.08.2022
Səudiyyə Ərəbistanı turizm və ziyarət məqsədi ilə gələnlərin ölkədə qaldıqları müddətcə ümrə ziyarəti edə biləcəklərini açıqlayıb.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən verilən yazılı açıqlamada, qərarın bu ilki ümrə mövsümünün başlaması ilə ümrə ziyarətlərini yerinə yetirmək üçün gələnlərin prosedurlarının asanlaşdırılması çərçivəsində qəbul edildiyi vurğulanıb.
Bildirilib ki, sözügedən qərar bütün xidmətlərin yüksək keyfiyyətlə təqdim edilməsi, ümmətin mədəni və dini təcrübəsinin zənginləşdirilməsi səylərinin bir hissəsidir.
Səudiyyə Ərəbistanının istənilən hava limanından viza ala bilən ölkə vətəndaşları, həmçinin pasportlarında giriş möhürü olan ABŞ, Böyük Britaniya və Şengen vizası sahibləri bu şərtlə asanlıqla ümrə ziyarəti edə bilərlər.
15.07.2022
İyulun 20-dən etibarən Aeroflot Moskva-Pekin-Moskva marşrutu üzrə m...
21.07.2022
"Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması...
18.07.2022
"AirlineRatings" dünyanın ən yaxşı aviaşirkətlərini a&c...