Tailand xarici turistlərə ölkədə qalma müddətini uzatmağa icazə verdi


766      22.08.2022

card image

Tailandın hakimiyyət orqanları turizmdən gəlirləri artırmaq üçün oktyabr ayından martadək xarici turistlərə ölkədə qalma müddətini uzatmaq icazəsi verəcək.

Bu barədə Bangkok Post qəzeti koronovirusla bağlı vəziyyətə nəzarət mərkəzinin (CCSA) nümayəndəsinə istinadla məlumat yayıb.

“Gəliş üçün vizadan istifadə edən və ölkədə 30 günədək qalmaq hüququna malik olan 50-dən çox ölkənin vətəndaşları həmin müddəti 45 günədək uzada biləcəklər. Daha 18 ölkədən vizasız gəlməyə icazə verilən turistlər isə Tailandda qalma müddətini iki dəfə - 15 gündən 30 günədək artıra biləcək. Bundan əlavə, oktyabr ayından Hindistan, Çin və Səudiyyə Ərəbistanı vətəndaşlarına da gəliş üçün viza veriləcək”, - deyə mərkəzin nümayəndəsi bildirib.

Ölkə hakimiyyəti ümid edir ki, xarici turist axınının artması koronovirus pandemiyasından zərər çəkən Tailand iqtisadiyyatının bərpasına gömək edəcək. Bu gün Tailand Cənubi-Asiyada artım tempi ən aşağı olan ölkələrdən biridir. Yanvar-iyul aylarında ölkəyə əksəriyyəti Malayziya, Hindistan və Sinqapur vətəndaşları olan 3,78 milyon xarici turist gəlib.

Pandemiyadan əvvəlki 2019-cu ildə Tailanda 10 milyon xarici turist səfər etmişdi. 2021-ci ildə isə onların sayı cəmi 428 min nəfər olmuşdu.

Oxşar məlumatlar
card image
Özbəkistan turistlər üçün tax-free tətbiq edir

21.09.2022

Özbəkistan prezidenti Şavkat Mirziyoyev müvafiq idarələrə 2023...

Ətraflı
card image
Azərbaycan İtaliyada keçiriləcək turizm sammitinə qatılacaq

15.04.2022

Azərbaycan iyunun 27-dən iyulun 3-nə qədər İtaliyanın Milan şəhərin...

Ətraflı
card image
"Oneworld Alliance" Rusiyanın S7 Airlines şirkətinin üzvlüyünü dayandırdı

20.04.2022

Oneworld aviasiya alyansı Rusiyanın S7 Airlines aviaşirkətinin üzvl&...

Ətraflı