868 22.08.2022
Macarıstanın “Wizz Air” aşağı büdcəli aviaşirkəti sosial şəbəkələrdə şirkətin boykot edilməsi çağırışlarından sonra Moskva və Dubay arasında uçuşları bərpa etmək barədə qərarını dəyişib.
Meduza yazır ki, avqustun 19-da uçuşlara bilet satışı dayandırılıb. Wizz Air avqustun 8-də müharibənin başlaması ilə əlaqədar dayandırılan uçuşların bərpa olunduğunu açıqlamışdı. Bundan sonra Twitter-də #wizzairsupportsterrorists və #WizzAirMakesMoneyOnBlood həşteqləri aktiv şəkildə yayılmağa başladı.
Uçuşlardan imtina ilə bağlı şirkətdən verilən rəsmi açıqlamada bunun səbəbinin “təchizat zəncirində sənaye məhdudiyyətləri” olduğu qeyd edilir. Orada boykot çağırışları qeyd olunmur. Wizz Air həmçinin vurğulayıb ki, reyslər rəsmi olaraq BƏƏ-nin daşıyıcısı olan Wizz Air Abu Dhabi-nin törəmə şirkəti tərəfindən həyata keçirilməli idi və bu ölkənin digər aviaşirkətləri Rusiyaya uçur.
20.06.2022
Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi bu ölkənin iki aviaşirk...
08.06.2022
SITA itirilmiş (gecikmiş) baqajı axtarmaq üçün nəzərdə...
30.11.2022
MDB-nin (Müstəqil Dövlətlər Birliyi) qış turizmi və istirahə...