1241 29.08.2022
Daşaltı kəndinin böyük turizm potensialı var. Kəndin Baş planının hazırlanması işləri tamamlandıqdan sonra orada yenidənqurma işlərinə başlanılacaq.
Bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov beynəlxalq konfransda bildirib.
A.Kərimov Şuşadakı bərpa və yenidənqurma işləri barədə məlumat verib. Deyib ki, Şuşa işğaldan azad olunduqdan sonra şəhərin tarixi, mədəni və strateji əhəmiyyətə malik ərazilərinin, abidələrinin bərpasına başlanılıb. Əsas abidələr erməni vandalizminə məruz qalıb. Onların bir çoxu tamamilə dağıdılıb. Hazırda abidələrin bərpası və yenidən qurulması həyata keçirilir.
Xüsusi nümayəndə Şuşada dağıdılmış evlərin bərpası prosesinə də başlanıldığını qeyd edib. Diqqətə çatdırıb ki, hazırda bu proses davam edir, həmçinin yeni yaşayış məntəqələri inşa olunur və 2023-cü ilin sonunda evlər istifadəyə veriləcək. Eyni zamanda, şəhərdə yeni məktəbin, şəhər xəstəxanasının, yeni məscidin və otel kompleksinin inşa ediləcəyi vurğulanıb.
11.01.2023
Uçuş proqramının inkişafı çərçivəsində 2023-c&uu...
30.06.2022
Bloomberg-in məlumatına görə, Xorvatiya bu ilin sonuna qədər Şenge...
19.07.2023
money.co.uk ekspertlərinin Google axtarış məlumatlarına əsaslanaraq apa...