1024 03.05.2023
Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın yeni səviyyəsi və Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə keçirilən ŞƏT sammitındə iştirakı çərçivəsində yenidən nümayiş etdirilib.
Azərbaycan və Özbəkistan siyasi və iqtisadi əlaqələrin fəallaşması fonunda ölkələr arasında uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində fəal işlərin görülməsini davam edirlər.
Belə ki, oktyabr ayının əvvəlindən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə - Səmərqəndə reyslərin yerinə yetirilməsini planlaşdırır. Dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Həmçinin “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Daşkənd-Bakı marşrutu üzrə yerinə yetirilən reyslərin tezliyini həftədə 5 dəfəyədək artıracaq.
Hazırda iki paytaxt arasında müntəzəm reyslər bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetirilir, tezliklə isə cümə axşamı və bazar günləri də həyata keçiriləcəkdir.
25.08.2022
Bu il Çexiyaya gələn qeyri-qanuni miqrantların sayı xeyli artıb: ...
11.01.2023
Uçuş proqramının inkişafı çərçivəsində 2023-c&uu...
19.07.2023
Phuket, materikin cənub-qərb sahillərində Andaman dənizində yerləşən...