722 04.10.2022
CNN Türk portalının Antalya Mədəniyyət və Turizm Departamentinə istinadən verdiyi məlumata görə, yanvar-sentyabr aylarında Türkiyənin Antalya vilayətinə xarici turist axınında Rusiya lider olub, bu müddət ərzində onu iki milyondan çox rus ziyarət edib.
"Yanvarın 1-dən sentyabrın 30-dək olan dövrdə Antalyaya ən çox turist Rusiyadan hava yolu ilə gəlib - 2,3 milyon. Almaniya ikinci yerdədir - 2,2 milyon, Böyük Britaniya ilk üçlüyü bağlayır - 952,2 min. Polşa, Hollandiya isə növbəti sıralarda onu izləyir"
Statistikaya görə, ilin əvvəlindən Antalyaya hava yolu ilə 11 milyon xarici turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57% çoxdur. Antalyaya gələn xarici turist axınında rusiyalı turistlərin payı təqribən 22%, almaniyalılar 20,8%, ingilislər 9% təşkil edib. Sentyabrda Antalyaya turist axını keçənilki 1,7 milyon ilə müqayisədə 15% artaraq 2 milyona yaxın olub.
25.07.2022
Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi epidem...
30.11.2022
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana İsraildən 22 min 83 nə...
14.06.2022
Birləşmiş Ştatlar səlahiyyətliləri ölkəyə gələnlər ü&cc...