"Buta"nın uçduğu Sabiha Gökçən hava limanından İstanbula metro xətti açıldı


850      04.10.2022

card image

İstanbulda yeni metro xətti istifadəyə verilib. Uzun zamandan bəri açılması gözlənilən bu xətt Sabiha Gökçən hava limanı ilə İstanbulun Asiya qitəsinin Pendik bölgəsi arasında fəaliyyət göstərəcək. Bununla da sərnişindaşıma ilə Sabiha Gökçən aeroportundan Pendikə 10, şəhərin Kadıköy bölgəsinə isə 50 dəqiqəyə çatmaq mümkün olacaq.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Çıxışında İstanbuldakı dəmiryolu xətlərinin yarısının ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən inşa edildiyini xatırladan Türkiyə Prezidenti vaxtilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra etdiyi dövrdən indiyədək yalnız xalqa xidmət göstərdiklərini vurğulayıb.

İstanbulda yağış, qar kimi fərqli təbiət hadisələrinin yaratdığı fəsadlara toxunan ölkə başçısı hazırkı bələdiyyə sədrinin işindəki nöqsanlara toxunub.

Oxşar məlumatlar
card image
Dünyanın ən yaxşı aviaşirkətlərinin adları açıqlanıb - SİYAHI

18.07.2022

"AirlineRatings" dünyanın ən yaxşı aviaşirkətlərini a&c...

Ətraflı
card image
Heydər Əliyev Beynəlxalq Aeroportu dronlardan mühafizə olunacaq

01.04.2022

Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarını...

Ətraflı
card image
İlk üzən otel Dubayda olacaq

12.05.2022

Ən böyük beynəlxalq otel operatoru Accor dünyaca məşhur &l...

Ətraflı