655 19.07.2023
Avropanın milyonlarla sakini bu günü səbirsizliklə gözləyirdilər. Advent Milada hazırlıq dövrünə deyilir. Bu ərəfədə xristianlar ənənəyə görə mənəvi düşüncələrə və xeyriyyəçiliyə daha çox diqqət ayırırlar. Bundan başqa, bu həftələrdə bir çoxları qabaqcadan Milad hədiyyələri seçməyə, yarmarkalara getməyə, gələcək bayram masası üçün korlanmayan ərzaqlar almağa başlayırlar.
Bazar günü axşam avropalılar ənənəvi olaraq masalarını bəzədikləri Advent çələngi üzərindəki dörd şamdan birini yandırırlar. Birinci şam “Peyğəmbərlər şamı” adlandırılır. Bu, Xilaskarın doğulması möcüzəsinin gözlənilməsi mənasını verir və onun dünyaya gəlməsini qabaqcadan xəbər verən peyğəmbərlərə həsr olunur.
Qeyd edək ki, pandemiya dövründə Avropada virus təhlükəsizliyi baxımından Milad tədbirlərinin böyük hissəsi ləğv olunmuşdu.
21.07.2022
19 iyul 2022-ci ildə Henley & Partners şirkəti Beynəlxalq Hava Nəqli...
29.04.2022
UNWTO-ya üzv olan 160 ölkənin üçdə ikisindən ç...
22.08.2022
Son həftələrdə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında u...