“Qara dəniz limanlarından Bakıya və Xəzər dənizinin digər limanlarına kruiz gəmisi işləyəcək”


1304      30.11.2022

card image

Qara dəniz limanlarından Bakıya və Xəzər dənizində yerləşən digər limanlara kruiz gəmisi fəaliyyət göstərəcək.

Bunu news.ru nəşrinə müsahibəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev bildirib.

“Hazırda Xəzər dənizində bir sahildən digər sahilə sərnişin daşıyan bərələr artıq fəaliyyət göstərir, lakin onların xüsusi turizm məqsədləri yoxdur”, - o deyib.

Onun sözlərinə görə, 2017-ci ilin dekabrında ASCO ilə “Moskva Çay Gəmiçiliyi” (MÇG) ASC arasında Xəzər dənizində birgə dəniz kruizlərinin təşkilinə dair memorandum imzalanıb.

“Memoranduma əsasən, marşrutlar Qara dəniz limanlarından Bakıya və Xəzər dənizində yerləşən digər limanlara aparır. Eyni zamanda, kruizlərin Volqa çayı sahilindəki şəhərlərdə dayanmaqla Rusiyanın daxili sularından keçməsi nəzərdə tutulurdu. Bu məqsədlə ASCO ilə MÇG arasında bir neçə görüş keçirilib və belə kruizlərin təşkili imkanları müzakirə olunub. İndi Moskva Çay Gəmiçiliyinin sifarişi ilə gələcəkdə Xəzər dənizi boyunca kruiz marşrutunda istifadə ediləcək “Velikiy Pyotr” sərnişin teploxodu inşa edilir. Bu sərnişin teploxodu istismara verildikdən sonra ASCO teploxod Bakıya daxil olan zaman onun işinin təşkilində müvafiq köməklik göstərməyə hazırdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, kruiz gəmisinin marşrutunda turistlər üçün rahat, zəngin tarixə malik olan şəhərlər çoxdur. Bakı şəhərini misal göstərmək olar. Logistika baxımından o, ümumiyyətlə, unikal şəhərdir. Bakı Xəzər sahilində yerləşən yeganə paytaxtdır. Bura çimərlik istirahəti, müasir, qədim şəhər, təbiət qoynunda istirahət daxil olmaqla, turistik baxımdan çoxlu görməli yerlərə malikdir. Üstəlik, buradan dünyanın istənilən yerinə getmək rahatdır. Bu baxımdan kruiz marşrutu Bakının xarici turistlər üçün cəlbediciliyini artırmağa kömək edə bilər”, - o vurğulayıb.

Məlumdur ki, “Moskva Çay Gəmiçiliyi” ASC “Lotos” zavodunda (Həştərxanda fəaliyyət göstərən “Birləşmiş Gəmiqayırma Korporasiyası”na daxildir) inşa olunan “Velikiy Pyotr” kruiz laynerini 2024-cü ildə ilk səfərə göndərəcək.

R.Vəliyev vurğulayıb ki, Xəzər regionunun böyük turizm potensialı var: “Son illər bütün Xəzəryanı ölkələrdə, o cümlədən Azərbaycanda bu potensialın artırılması, turizm cəlbediciliyinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb. Yeni və müasir istirahət mərkəzləri inşa edilib, müvafiq infrastruktur yaradılıb, Xəzəryanı ölkələrin tarixi əhəmiyyətli obyektlərinə, təbiətinə marağın artırılması üçün tədbirlər həyata keçirilib. Bu baxımdan son illər Xəzər dənizində kruiz səfərlərinin təşkili böyük maraq doğurub”.

Xəzər dənizində bir kruiz gəmisinin işə düşməsi ilə turist axınının ildə 30 min nəfər artacağı gözlənilir. “Böyük Pyotr” teploxodu Qara, Azov və Xəzər dənizlərinə çıxış imkanı ilə Rusiyanın Avropa hissəsində sərnişin daşıyacaq.

Oxşar məlumatlar
card image
Heydər Əliyev Beynəlxalq Aeroportu “FlyArystan” aviaşirkətinin ilk reysini qəbul edib

01.04.2022

Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli  aviaşirk...

Ətraflı
card image
AZAL-ın uzaqməsafəli təyyarələr almasının səbəbi... - EKSPERT ŞƏRHİ

25.07.2022

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” (AZAL) ...

Ətraflı
card image
Alman aviaşirkəti üçgünlük tətilə başladı

18.10.2022

Alman aviaşirkəti Lufthansa-nın loukoster qolu olan Eurowings-in pilotlar�...

Ətraflı