Türk Hava Yollarından Şarm əl-Şeyxə həftədə 20 reys


852      11.01.2023

card image

Türk Hava Yolları Türkiyə vətəndaşlarına viza tətbiq etməyən Misirin istirahət mərkəzi Şarm əl-Şeyxə uçuşların sayını artıracaq.

Aviaşirkət Misirdə Qahirə, Hurqada və İsgəndəriyyədən sonra dördüncü uçuş nöqtəsi olan Şarm əl-Şeyxə həftədə 10 uçuş həyata keçirir. Uçuşlar daha çox yeni nəsil və ekoloji cəhətdən təmiz A321 Neo, Boeing 737 MAX tipli təyyarələrlə həyata keçirilir.

Aviaşirkətin artıq 10 ildir ki, Şarm əl-Şeyxə uçduğunu qeyd edən THY-nin Marketinq və Satış üzrə baş direktor müavini Əhməd Olmış artan tələbata uyğunlaşmaq üçün gündəlik uçuşların sayının iki dəfə artırılacağını bildirib:

"Yer kürəsinin şimal yarımkürəsində qışda belə üzmək və günəş vannası qəbul etmək imkanı təqdim edən Şarm Əl-Şeyx şəhəri günü-gündən daha çox diqqət çəkir. Gündə 2 dəfə uçmaq üçün səylərimizi davam etdiririk".

Oxşar məlumatlar
card image
ABŞ ölkəyə giriş şərtlərini yüngülləşdirdi

14.06.2022

Birləşmiş Ştatlar səlahiyyətliləri ölkəyə gələnlər ü&cc...

Ətraflı
card image
AZAL təyyarə parkına 4 yeni “Boeing 787 Dreamliner” daxil edəcək

21.07.2022

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti öz hava gə...

Ətraflı
card image
Xəzər dənizində beynəlxalq kruiz marşrutu gələn il açıla bilər

18.07.2022

Qazaxıstan-Türkmənistan-İran-Azərbaycan-Rusiya kimi ölkələr a...

Ətraflı