Yaponiya naziri: "Azərbaycanla turizmin inkişafı üçün birbaşa aviareyslər açılmalıdır"


746      18.01.2023

card image

Azərbaycanla turizmin inkişafı üçün birbaşa aviareyslər açılmalıdır.

"Report" xəbər verir ki, bunu Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri Tetsuo Saito ilə Tokioda Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşdə deyib.

Görüşdə F.Nağıyev Dövlət Turizm Agentliyi ilə Yaponiya Turizm Agentliyi arasında imzalanan “Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu”nun ölkələrimiz arasında turizm əlaqələrinin inkişafına və məlumat mübadiləsinin artmasına töhfə verəcəyinə əminliyini ifadə edib. Agentliyin sədri Azərbaycanda son illərdə turizmin inkişafına dövlət səviyyəsində verilən diqqətdən bəhs edərək, ölkəmizin geniş turizm potensialına malik olduğunu, işğaldan azad edilən ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, həmçinin Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğunu diqqətə çatdırıb. Fuad Nağıyev cənab Tetsuo Saitonu ölkəmizə dəvət edib.

Öz növbəsində Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri Tetsuo Saito Azərbaycanın İpək Yolunun üzərində yerləşən mühüm destinasiya kimi yaponiyalı turistlərin diqqətini cəlb edə biləcəyini, İpək Yolunun xalqlarımız arasında tarix və mədəniyyət baxımından birləşdirici körpü rolunu oynaya biləcəyini qeyd edib. O, turizm əlaqələrinin inkişafı üçün birbaşa aviareyslərin açılmasının və zəruri müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Oxşar məlumatlar
card image
“Qatar Airways” bu aylarda Bakı səfərlərinin sayını artıra bilər

13.07.2022

"Hazırda “Qatar Airways” aviaşirkəti Doha-Bakı-Doha isti...

Ətraflı
card image
AZAL Berlinə uçuşları bərpa edir

13.04.2022

AZAL 29 may tarixindən etibarən Bakı ilə Berlin arasında uçuşlar...

Ətraflı
card image
Heydər Əliyev Beynəlxalq Aeroportu dronlardan mühafizə olunacaq

01.04.2022

Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarını...

Ətraflı