Türkiyədə rus turistlər üçün yeni ödəmə sistemi yaradılır


389      03.05.2023

card image

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığında razılaşdırılmış bəzi məsələlər həllini tapır.

Turizmplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, rusiyalı turistlərin Türkiyəyə gələ bilməsi üçün əlavə uçuşlar həyata keçirilməsinə razılıq verilib.

Bundan əlavə, müharibə səbəbiylə AB və Qərb ölkələrinin sanksiyaları nəticəsində «Visa» və «Mastercard» ödəmə üsullarından istifadə edə bilməyən rusiyalı turistlər üçün «Rebit Card» adlı yeni pul kartı sistemi üzərində çalışıldığı öyrənilib. Rus turistlər telefonlarına quraşdıracaqları proqramla Türkiyədə ödənişlər edə biləcəklər.

Qeyd edək ki, bəzi dövrlərdə «MIR» kart sistemi «Visa» və «Mastercard»-a alternativ olaraq istifadə edilib, lakin Türkiyə bankları Aİ və Qərb ölkələrinin sanksiyaları təhlükəsi səbəbindən bu ödəniş üsulundan istifadə prosesini dayandırıb.

Oxşar məlumatlar
card image
Azərbaycanlıların Şengen ərizələrinin rədd edilməsi nisbəti 2 dəfə artıb

10.06.2022

Ümumilikdə hazırda hər 5 müraciətdən 1-i Şengen ölkələ...

Ətraflı
card image
Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3 dəfəyə yaxın artıb

18.01.2023

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidm�...

Ətraflı
card image
Ən çox ləğv edilən təyyarə reyslərinin sayına görə TOP-10 Avropa ölkəsi

15.07.2022

Uçuşların amansız ləğvi və gecikmə dalğası Avropa ölkəl...

Ətraflı