AZAL Pakistanın bu şəhərlərinə uçuşlar həyata keçirməyi planlaşdırır


174      19.07.2023

card image

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yaxın zamanda Bakıdan İslamabad, Lahor və Kəraçi şəhərlərinə həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır.

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində həmin ölkənin dəmir yolu və aviasiya naziri Xavaca Saad Rafiq, kommunikasiyalar naziri Əsəd Mahmud, dənizçilik naziri Syed Faysal Ali Subzvari ilə keçirdiyi ikitərəfli görüşlərdə deyib.

Görüşlərdə iki ölkə arasında aviasiya, dəmir yolu və tranzit daşımaları sahələri daxil olmaqla nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

R. Nəbiyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən irimiqyaslı yenidənqurma və bərpa layihələri barədə məlumat verib. Nazir bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı məqsədilə Azərbaycan bu sahəyə böyük sərmayələr yatırıb. Belə ki, bir sıra avtomobil və dəmir yolları çəkilib, yeni beynəlxalq hava limanları istifadəyə verilib.

Tərəflər iki ölkə arasında daşımalar, o cümlədən tranzit daşımalar məsələsini müzakirə ediblər. Pakistanın limanlarından istifadə etməklə Azərbaycan üzərindən “Şimal-Qərb” və “Şimal-Cənub” dəhlizi vasitəsilə daşımaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar məlumatlar
card image
Çexiya və Slovakiya sərhədində yoxlamalar tətbiq oluna bilər

25.08.2022

Bu il Çexiyaya gələn qeyri-qanuni miqrantların sayı xeyli artıb: ...

Ətraflı
card image
Almaniya oktyabr ayından təyyarələrdə maskaları bərpa edəcək

29.08.2022

Alman səlahiyyətliləri, ölkənin oktyabr ayında COVID-19-dan qorunma...

Ətraflı
card image
Sabah Zəngilan Beynəlxalq Hava Limanının rəsmi açılışı olacaq

20.10.2022

Oktyabrın 20-də Zəngilanda tikintisi 1,5 il davam edən beynəlxalq hava l...

Ətraflı