486 01.05.2022
COVID-19 əleyhinə peyvənd olunmuş sərnişinlər üçün giriş qaydaları:
İstənilən ölkədən hava nəqliyyatı ilə səyahət edən bütün ölkələrin vətəndaşları, Gürcüstanın sərhəd buraxılış məntəqələrində ÜST tərəfindən tanınan COVID-19 peyvəndinin tam vurulmasını (iki doza) təsdiqləyən sənədi təqdim etdikləri təqdirdə, Gürcüstana daxil ola bilərlər (AstraZeneca (Vaxzevria), AZD1222 (SK Bioscience Co Ltd.), Covieshield, Janssen, Moderna, Pfizer-BioNTech, Sinopharm and Sinovac).
Həmçinin, gəlişindən ən çox 100 gün əvvəl verilən COVID-19 testinin pozitiv nəticəsi və ən az 14 gün əvvəl bir doz aldıqlarını təsdiq edən COVID-19 vaksin sertifikatı olan sərnişinlərin girişinə icazə verilir. Qəbul edilən peyvəndlər: AstraZeneca (Vaxzevria), AZD1222 (SK Bioscience Co Ltd.), Covieshield, Janssen, Moderna, Pfizer-BioNTech, Sinopharm və Sinovac.Vaksin sertifikatı ingilis dilində olmalıdır.
Sərnişinlər son 14 gündə Hindistanda olmamalıdır.
COVID-19 əleyhinə peyvənd olunmamış sərnişinlər üçün giriş qaydaları:
Gürcüstan vətəndaşları:
Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər 12 gün müddətində məcburi karantinə yerləşdiriləcəklər.
Əcnəbilər:
Aşağıdakı dövlətlərin vətəndaşları və orada yaşayış icazəsi olanlar aşağıda göstərilən şərtlərlə Gürcüstana hava nəqliyyatı ilə daxil ola bilərlər:
Azərbaycan Respublikası, Albaniya, Andorra, Ermənistan, Avstriya, Bəhreyn, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanistan, Macarıstan, İslandiya, İraq, İrlandiya, İsrail, İtaliya, Yaponiya, İordaniya, Qazaxıstan, Koreya, Küveyt, Qırğızıstan, Latviya, Livan, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Oman, Polşa, Portuqaliya, Qətər, Rumıniya, Rusiya Federasiyası, San-Marino, Səudiyyə Ərəbistanı, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, ABŞ, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan, əgər Albaniya, Andorra, Ermənistan, Avstriya, Azərbaycan, Bəhreyn, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanistan, Macarıstan, İslandiya, İraq, İrlandiya, İsrail, İtaliya, Yaponiya, İordaniya, Qazaxıstan, Koreya, Küveyt, Qırğızıstan, Latviya, Livan, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Oman, Polşa, Portuqaliya, Qətər, Rumıniya, Russiya Federasiyası, San-Marino, Səudiyyə Ərəbistanı, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, ABŞ, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və Özbəkistandan səyahət edirlərsə.
Sərnişinlər 14 günədək karantinə yerləşdirilə bilərlər. Daha ətraflı məlumat üçün https://mfa.gov.ge/MainNav/CoVID-19-sakitkhebi/sazgvris-kvetis-regulaciebi.aspx?lang=az-US saytına daxil olun.
Gürcüstana daxil olmaq üçün əcnəbilər aşağıdakı şərtlərə riayət etməlidilər:
Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər əraziyə girişdən sonra 12 gün müddətinə məcburi karantinə yerləşdiriləcəklər. Bu halda sərhəddə PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etmək və Gürcüstanda olduqları 3-cü gün ərzində PCR müayinəsindən keçməkdən azad olunacaqlar.
Gürcüstandan Azərbaycana “AZAL” və “Buta Airways” aviaşirkətlərinin reysləri ilə uçarkən Synevo laboratoriyasının (www.synevo.ge) filiallarının birindən koronavirus infeksiyasının olmaması barədə arayış almalı və ya üzərində QR-kodu olan PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etməlisiniz (QR-kodun etibarlılığı qeydiyyat masalarında yoxlanılacaq).
Yuxarıda göstərilən qaydalar üçüncü mənbə tərəfindən təqdim edilib və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisindən çıxdığınız və səyahət etdiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları əldə etmək üçün uçuşunuzdan əvvəl IATA-nın Səyahət Mərkəzinin saytını, Gürcüstan Xarici İşlər Nazirliyinin veb-saytını - https://mfa.gov.ge/ və https://stopcov.ge/en saytlını nəzərdən keçirməniz xahiş olunur.
10.06.2022
Xəritələr, uçuşlar, otellər - nə dəyişdi?
Sanksiyalarda...
01.05.2022
Sərnişinlərin girişinə və tranzitlə keçmələrinə icazə veril...