489 04.05.2022
Çində dünyanın ən böyük beynəlxalq aeroportu – Pekinin Dasin hava limanı. Aeroportun binasını İraq əsilli İngilis memar Zaha Hadid layihələndirib.
Rekord ölçüdə olan aeroport Pekinin Dasin rayonunda inşa olunub. Aviaqovşaq Pekinin mərkəzindən 46 kilometr aralıda yerləşir. Aeroportun iri nəqliyyat qovşağına çevriləcəyi bildirilir. Hava limanında aviaterminaldan başqa dəmiryolu xətlərinin qovşağı da var və aeroportun altında yerləşir.
Nəhəng kompleksdə 80-ə yaxın çıxış olsa da, terminalın özünəməxsus forması hesabına, onun mərkəzindən uçuş-eniş zolağına aparan istənilən çıxışa bir neçə dəqiqə ərzində çatmaq olur.
Aeroportun nəhəng “hörümçək toru” hazırdır. Pekin Dasin tamamilə baryersizdir. 2022-ci ildə XIII Qış Paralimpiya Oyunlarının iştirakçılarını qarşılayacaq.
05.05.2022
Səudiyyə Ərəbistanı vətəndaşları və Səudiyyə Ərəbistanı ərazi...