M.I.C.E.

 

 

Təşkilati işlərini həyata keçirdiyimiz və ya dəstək xidmətləri təmin etdiyimiz hər bir tədbir bizim üçün növbəti mərhələyə addım deməkdir.

Biz hər zaman regional konfrans və tədbirlərin təşkili sənayesi üzrə aparıcı şirkət olmağa çalışmışıq və yeni layihələrin işlənib hazırlanmasında iştirak etməkdəyik.

MİCE (görüşlər, insentiv qruplar, konfranslar və tədbirlər) üzrə etibarlı təchizatçılara malik olan Rayda Travel şirkəti olaraq, hotellər, konfrans məkanları, nəqliyyat və turizm xidməti göstərən şirkətlər ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq Azərbaycanda bizi rəqiblərimizdən bir addım irəliyə aparır. Məhsullarınızın və ya tədbirinizin ən yüksək səviyyədə təqdimatı üçün konfranslar zamanı gözalıcı səhnə tərtibatından əyləncəli şouların təqdimatınadək sizə yardım edirik.

Büdcənizin məhdud olduğunu anlayır və hər zaman sizə münasib qiymətlər təklif etməyə çalışırıq. Bu səbəbdən, biz ən optimal büdcə ilə tədbirlərin təşkilini həyata keçirir, eyni zamanda tədbirin mesajının ən əyləncəli və səsgətirən səviyyədə çatdırılmasını təmin etməyə çalışırıq.