Sığorta

Səyahət zamanı ən ehtiyac duyulan maliyyə məhsullarından biri məhz səyahət sığortasıdır
Səyahət sığortası xarici ölkələrə səyahət zamanı sağlamlığınızla bağlı olaraq ortaya çıxa biləcək bədbəxt hadisə, tibbi xərc və digər riskləri zəmanət altına alır. Ölkəmizin hüdudlarından kənarda olduğunuz zaman gözlənilmədən baş verən hadisələr və qəfil xəstəliklər barədə düşünməyimiz vacibdir.

 Hazırda dünyanın bir çox ölkəsi Səyahət Sığortası olmayan şəxslərin öz ölkəsinə daxil olmasına icazə vermirlər. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi nəticəsində sığorta olunmuş şəxsin:

1. Tibbi (ambulator və stasionar) xidmətlər üzrə

2. Tibbi daşınma/evakuasiya və repatriasiya

3. Hüquqi yardım

4. Baqajın itməsi

5. Səyahətin ləngiməsi və s. ilə əlaqədar çəkdiyi xərclər sığorta məbləği həddində ödənilir.